Müxalifət Zurabişvilinin inaqurasiyasına hazırlaşır

Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi günü izdihamlı mitinq keçiriləcək

Prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını və hakimiyyətin seçici səslərini pulla aldığını, vətəndaşlara hədə-qorxu gəldiyini iddia edən Gürcüstan müxalifəti geniş miqyaslı etiraz aksiyasına hazırlaşır.

“AzPolitika” Gürcüstan mətbuatına istinadla xəbər verir ki, müxalifətin vahid namizədi olan Qriqol Vaşadze keçirdiyi mətbuat konfrasında prezident postuna yiyələnən Salome Zurabişvilinin inaqurasiya mərasimi günü izdihamlı mitinq keçirəcəklərini bəyan edib. Q.Vaşadze bir daha seçkinin nəticələrini tanımadıqlarını bəyan edərək, seçiciləri öz konstitusiya hüquqlarından yararlanmağa çağırıb.

Gürcüstan müxalifəti bundan öncə dekabrın əvvəllərində Tbilisidə bir neçə etiraz aksiyası keçirib ki, bu mitinqlərə də on minlərlə insan qatılıb. Həmin vaxt etirazçılar hökumətə dekabrın 16-na qədər vaxt verərək, tələb etmişdilər ki, işçi qrupu yaradılaraq, ölkədə növbədənkənar parlament seçkiləri təyin edilsin və həmin seçkilər proporsional üsulla keçirilsin. Lakin hakimiyyət bu çağırışa müsbət cavab verməyib.

Müxalifətin hökumətə məhz dekabrın 16-dək vaxt verməsi isə həmin günə yeni seçilən prezidentin andiçmə mərasiminin təyin olunmasıdır. İnaqurasiyanın paytaxt Tbilisidə deyil, Telavi şəhərində keçirilməsi planlaşdırılıb. Elə müxalifət də etiraz aksiyasını məhz həmin şəhərdə keçirəcəyini bəyan edib.

Xatrırladaq ki, Gürcüstanda keçirilən son prezident seçkilərinin birinci turunda hakimiyyətin namizədi Salome Zurabişvili ilə Mixail Saakaşvilinin təmsilçisi kimi tanınan Qriqol Vaşadze təxminən eyni sayda seçici səsi toplamışdılar. İkinci turun rəsmi nəticələrinə görə, S.Zurabişvili 59.5, Q.Vaşadze isə cəmi 40 faiz səs toplayıb.

Cəlal

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar