Donald Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq

ABŞ-ın Nyu-York şəhərinin yeni seçilən Baş prokuroru Letisia Ceyms Prezident Donald Tramp və ailə üzvləri, həmçinin onun ətrafındakılardan qanunu poza biləcək hər kəs barəsində geniş araşdırmalar aparmaq niyyətindədir.

“Report” xəbər verir ki, L.Ceyms bu barədə “NBC News” telekanalına müsahibəsində bildirib.

“Biz prezident Tramp və onun işgüzar əməliyyatları, habelə ailəsi barəsində araşdırma aparmaq üçün hüququn bütün sahələrini işə salacağıq”, - gələn ilin yanvar ayından vəzifəsinin icrasına başlayacaq L.Ceyms seçiləndən sonra ilk müsahibəsində deyib.

Baş prokurorun dediyinə görə, araşdırmalar D.Trampın Nyu-Yorkda daşınmaz əmlakla bağlı mümkün qanunsuz işlərini, 2016-cı il iyun ayında “Trump Tower” da keçirilən və “Rusiya davası”nda hallanan görüşü, onun aldığı dövlət subsidiyalarını, “Trump Foundation”la bağlı məsələləri əhatə edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar