ABŞ hökuməti sərhədlərdə təhlükəsizlik tədbirlərini artıracaq

Fransadakı son terror hücumu ilə əlaqədar ABŞ hökuməti sərhədlərdə təhlükəsizlik tədbirlərini artıracaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində yazıb.

“Fransada daha pis bir terror hücumu. Biz sərhədlərimizdəki təhlükəsizliyi artırmaq niyyətindəyik”, - D.Tramp qeyd edib.

Dövlət başçısı həmçinin Senatda və Nümayəndələr palatasında demokratların liderləri - Çak Şumer və Nansi Palosini də Meksika sərhədində divar inşasını dəstəkləməyə çağırıb: “Çak və Nansi də sərhədlərdə əlavə təhlükəsizlik tədbirləri üçün bizə səslərini verməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar