Bakıda metroda dava - Saxlanılanlar var

Bakı Metropoliteninin stansiyasında dava olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun "Gənclik" stansiyasının platformasında, saat 18:30 radələrində baş verib:

"Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib. Həmin sərnişinlər polis tərəfindən saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar