Ukrayna kəşfiyyatı MDB ilə əməkdaşlığı dayandırıb - Poroşenkonun tapşırığı ilə

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Ukraynanın Xarici Kəşfiyyat Xidməti (XKX) Müstəqil Dövlətlər Birliyi (MDB) kəşfiyyat xidmətlərinin əməkdaşlığı barədə Sazişdən çıxmaq prosedurunu başladıb.

İdarənin mətbuat xidmətinin xəbər verdiyi kimi, bu proses prezident Pyotr Poroşenkonun tapşırığı ilə başladılıb.

Xəbərdə izah edilir ki, 1992-ci ildə bağlanmış bu sazişdə Ukraynanın Rusiya xüsusi xidmətləri ilə birlikdə iştirakı, «Rusiya Federasiyasnın Ukraynaya qarşı silahlı təcavüzü nəzərə alınarsa, absurddan başqa bir şey deyil, Onu da nəzərə almaq lazımdır ki, təcavüz artıq 5 ildir ki, davam edir».

Məlumat üçün bildirək ki, ötən yay Ukrayna MDB-nin nizamnamə orqanlarındakı öz nümayəndəliyini bağlayıb.

Belədə, istər-istəməz düşünməli olursan: Azərbaycan MDB-nin üzvüdür və digər MDB üzvü olan Ermənistanla müharibə vəziyyətindədir. Bəs, bu işğalçı ölkə ilə əməkdaşlıq necə, hansı formada və səviyyədə qururlur? Absurd bax, budur!

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-12-12 20:44:09

Biznesmendən prezident olmaz.

Son yazılar