ƏRDOĞAN YENİ ƏMƏLİYYATIN MESAJINI VERDİ - "Bir neçə günə başlayırıq" + VİDEO

«AzPolitika.info»-nun Türkiyə mediasına istinadla verdiyi xəbərə görə,  Prezident Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyada terrorçu kürd qruplaşmalarına (YPG, PKK) silah göndərir.

Onun sözlərinə görə, Vaşinqton terrorçulara dəstək verir və bu zaman Türkiyəni bunun əksinə inandırmağa çalışır. Sözlərinin təsdiqi kimi, Ərdoğan Türkiyə Silahlı Qüvvələri tərəfindən saxlanılmış terrorçulardan ABŞ silahlarının götürülməsi faktlarını önə çəkib.

«Suriyaya silah göndərilməsi davam edir. Onları kim göndərir? Bizim strateji həmkarımız. Onlar deyirlər: yox, göndərmirik. Ancaq bizim əlimizdə kəşfiyyat məlumatları var, şəkillər var. PKK üzvlərindən götürdüyümüz silahlar bunu sübut edir. Bizə vəd olunmuşdu ki, YPG Fərat çayının şimalından gedəcək. Nəticədə isə biz görürük - onlar üçün göndərilən silah yüklü maşınların sayı 20 mini ötüb. Bundan başqa, ABŞ indi 30 min terrorçuya təlim keçməyə başlayıb» - deyə, Ərdoğan bəyan edib.

Ankarada müdafiə sənayesinin inkişafına həsr olunmuş iclasda çıxışı zamanı o, ABŞ-a Suriyada birgə əməliyyatlar keçirməyi təklif edib.

«Nə üçün siz bizimlə yox, onlarla birlikdə fəaliyyət göstərirsiniz? Məgər biz, NATO üzrə həmkar deyilik? Gəlin, birgə fəaliyyət göstərək» - deyə, Ərdoğan bildirib.

Türkiyə Prezidenti həm də Donald Trampı Mənbic məsələsində öz öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb. Belə ki, ABŞ Mənbici bir ay ərzində YPG terrorçularından təmizləyəcəyini vəd etmişdi. Ancaq bunu reallaşdırmayıb.

Ərdoğan Türkiyənin yaxın bir neçə gün içində Fəratın cənubunda məskunlaşmış PYD-YPG terrorçularına qarşı geniş miqyaslı əməliyyatlara başlayacağını bəyan edib. 

AzPolitika.info

635x100

Şərhlər

Millet 2018-12-12 21:24:30

Ey.erdogan.millet. daha.senin.yalanlarna.inanmlr

Son yazılar