"hafiz hacıyevin ümüdünə qalan prezidentin ..."- İbrahim İbrahimli

"Ey ulu öndərin əziz-xələf yadigarı və davamçısı vətəndaşına niyə sahib çıxmırsan?!"

İbrahim İbrahimli

Buyurun, bu da sizin anoloqu olmayan, dilinizi yağır edən daxili və xariçi siyasətinizin nəticəsi. Tamaşa edin və feyziyab olun, həzəratlar!

Bölgənin, az qala dünyanın “lider ölkəsinə çevirdiyiniz” məmləkətimiz görün nə günə qalıb. Əli-ayağı iş tutan minlərlə vətəndaşlarımız səpələniblər dünyanın dörd bir yanına, gecəsini gündüzünə, gündüzünü gecəsinə qatıb min bir əzab-əziyyətlə bir tikə çörək pulu qazanırlar, çifayda qazandıqlarını da beləcə zəhərə çevirib zavallıların burnundan tökürlər. Bəs niyə səsiniz çıxmır, cənablar?!

Ey ulu öndərin əziz-xələf yadigarı və davamçısı vətəndaşına niyə sahib çıxmırsan?! Sən axı Qurana əl basıb səsini oğuladığın hər kəsin, həm də yoxluqlarından istifadə edib səslərini saxtalaşdırdığın o zavallıların guya prezidentisən. Elə isə nədən sahib çıxmırsan onlara?! Yoxsa qorxursan ki, mayan batar...

Təbii dörd milyard az pul deyil, az qala Ermənistanın illik büccəsi qədərdi. Amma unutma ki, o milyardların hesabına elə Ermənistanın əhalisi qədər də vətəndaşını məmləkətdən didərgin salmısan. Cəmil Həsənli bunların hesabını sormaq istəyirdi səndən, amma gəlmədin, üzə çıxmadın, hafiz hacıyevi göndərdin əvəzinə. hafiz hacıyevin ümüdünə qalan prezidentin vətəndaşı da elə bu günə qalar...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar