Fransa çempionatında daha iki oyun təxirə salınıb – Etirazlara görə

Dərc olunub: 12/12/2018 - 23:35

futbolFutbol üzrə Fransa çempionatında daha iki oyun təxirə salınıb.

“Report” Fransa Liqa 1-in rəsmi saytına istinadla xəbər verir ki, çempionatın 18-ci turunda keçirilməsi planlaşdırılan “Nitsa” – Sent-Etyen” və “Nant” – Monpelye” əvvəlcədən təyin olunan vaxtda oynanılmayacaq.

Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. Oyunların polisin tələbi ilə təxirə salındığı bildirilir.

Qeyd edək ki, Fransada etirazlara görə bir neçə oyun təxirə salınıb.






loading...


Fikrinizi bildirin