Lavrov bu gün Azərbaycana gələcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfərə gələcək.

"Report" xəbər verir ki, o, dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

İclas zamanı Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları, nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə sahələrində əməkdaşlıq müzakirə ediləcək.

Bundan əvvəl Rusiya xarici işlər naziri bu ay Azərbaycana səfərə gələcəyi barədə məlumat verilmişdi.

635x100

Şərhlər

Abit 2018-12-13 09:02:37

Xeyir ola,milleti niye melumatlandırmırsız,hardadı siyasi şerhçiler?

Abit 2018-12-13 09:02:37

Xoş gelir sefa getirir,gözümüz üste yeri var

Son yazılar