600 min manatlıq tenderin qalibi məlum oldu

“Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasının maili tunelində köhnə çətirin sökülməsi və yenisinin quraşdırılması işlərinin açıq tender üsulu ilə satınalınmasına dair elan etdiyi müsabiqənin qalibi məlum olub.

“Report" “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, 23.11.2018-ci il tarixdə keçirilmiş müsabiqədə “Kaspian Standart CO” MMC qalib gəlib.

Qalib gəlmiş təşkilat ilə 03.12.2018-ci ildə ƏDV daxil 595 495,15 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar