RUSİYA QORXUSUNUN ƏSAS SƏBƏBİ – ABŞ öz ərazisini niyə genişləndirmir?

Rusiya dünya arenasında Qərb ölkələri tərəfindən təcrid edilməklə yanaşı, onlar üçün həm şərti düşmən hesab edilir. Amma bu Rusiya Federasiyasının əhalisi, onların mədəniyyəti və inancları ilə bağlı deyil.

Rusiyanın böyük ərazisi təkcə Qərbi deyil, bəlkə də bütün dünyanı qorxuya salır və onlarda təlaş yaradır. Bu ölkə ərazisinə görə dünyada birinci yerdədir (17 milyon kvadrat kilometrdən artıq)Fransa ərazisindən 30, Almaniya ərazisindən 48, Böyük Birtaniya ərazisindən isə 70 dəfə böyükdür. Rusiyanın əhalisi təxminən 145 milyondur və ümumi götürdükdə Amaniya və Fransanın əhalisi qədərdir. Digər tərəfdən Rusiya dünyada ən böyük nüvə potensialına malikdir.

Rusiya özünün geniş ərazisi ilə məktəb sinfində boyu və çəkisi ilə fərqlənən tipik cüssəli şagirdə bənzəyir. Belə ki, bu böyük oğlan “incə” sinif yoldaşlarını incitməyə başlayanda onların canına qorxu düşür.

Hərçənd ki, ABŞ-ın qüdrəti Rusiyanı üstələyir, amma bu köçkünlər ölkəsində (ABŞ) daha şəffaf siyasət yürüdülür, dövlət varlıdır, əsas dəyər isə azadlıq və bərabərlikdir. Bu cür gücünün olmasına baxmayaraq, müasir dünyamızda Amerikanın öz ərazisini genişləndirmək həvəsi yoxdur.

Əlbəttə, dünyanın əksər ölkələrində ABŞ özünü hegemonluğa meyilli qüvvə kimi aparıb. Lakin bu cür xüsusiyyət özünü həmişə müəyyən çərçivə daxilində göstərib. Müasir Birləşmiş Ştatlar öz sərhədlərini qətiyyən genişləndirmək fikrində deyil, əksinə, onlar ölkələrini miqrant axınından qoruyurlar.

Tramp hətta Meksikanı öz ölkələri arasında divar çəkəcəyi ilə hədələyir. Amerikada hesab edirlər ki, ərazinin genişləndirilməsi əhalinin sayını artırır və bu isə sosial təminatla əlaqədar dövlət üzərindəki məsuliyyət yükünün çoxalması deməkdir. Öz növbəsində isə belə bir vəziyyət amerikalıların həyat şəraitlərinin aşağı düşməsinə səbəb olacaq. Puerto-Riko yeni bir ştat kimi ABŞ-ın tərkibinə daxil olmaq barəsində dəfələrlə Vaşinqtona müraciət edib. Elə məhz yuxarıda göstərilən səbəbdən onların xahişinə yox deylib.

ABŞ-da hələ də irqi ayrı-seçkilik mövcuddur, lakin bu ölkəyə getmək dəlisi olan xeyli xarici var. Əgər Amerika öz sərhədlərini genişləndirmək istəsəydi, onda bunun üçün hərbi gücdən istifadəyə ehtiyac qalmazdı, sadəcə olaraq arzulayan ölkələrə ABŞ vətəndaşları ilə bərabər hüquq veriləcəyinin vəd olunması kifayət edərdi. Onda yerdə qalan ölkələr ABŞ-ın bir parçası olmaqdan yana növbəyə düzülərdilər.

Rusiyanın iqtisadiyyatı elə də güclü inkişaf etməyib, iqlimi isə çox sərtdir. Bu Rusiyanı sərhəd rayonları zəbt etməyə sövq edir. Hətta tarixi baxımdan bu ölkə özgə torpaqlarına acgözlüklə baxıb və bu barədə xeyli sayda nümunələr göstərmək olar. Digər yandan isə Rusiya köçkünlər ölkəsi deyil, onun siyasətində şərq xüsusiyyəti var (monqolların təsirinə görə), despotik idarəetmə ənənəsi çox güclüdür. Hətta belə bir maraqlı ifadə var: “Rusu yaxşı qaşısan, oradan tatar tapacaqsan”.

Qərb tarixində Rusiya barbarlığın, geriliyin və hətta rəzalətin rəmzidir. Onu da deyək ki, zəbt olunan rayonlar heç zaman ruslarla eyni hüquqa malik olmayıblar. Həm çar Rusiyasında, həm SSRİ zamanı və ya müasir dövrümüzdə, mərkəzi hökumət birləşdirilmiş rayonlara münasibətdə repressiv siyasət həyata keçirib. Bəzən hətta genosidə belə yol verilib. Tarixi cəhətdən Rusiyanın təcavüzkar siyasəti “əsas torpaqdır, insanlar vacib deyil” prinsipi üzərinə qurulub. Elə bu səbəbdən də, digər ölkələr iri miqyaslı Rusiya Federasiyası qarşısında qorxu hiss edirlər.

(“Sohu” - Çin)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar