ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədlə bağlı səsvermə keçiriləcək
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində dekabrın 13-də Birləşmiş Ştatların Azərbaycan və Ermənistandakı səfirləri vəzifəsinə namizədlərlə bağlı səsvermə keçiriləcək.
“Report”un xəbərinə görə, məlumatı komitənin rəsmi saytı yayıb.
Senatorlar Örl Litzenberger ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə namizədliklərinə münasibət bildirəcəklər.
Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.
Xatırladaq ki,ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekutanın diplomatik missiyası bu ilin mart ayında başa çatıb.
Ö.Litsenberger əvvəllər Almaniya Marşal Fondunda baş elmi işçi, ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğız Resbublikastandakı səfirinin müavini vəzifələrində çalışıb. Ö.Litsenberger hazırda ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavirdir.
E.Litzenberger fransız, rus, serb və bolqar dillərini bilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.