NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəlib

İtaliya paytaxtı Romada yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müxtəlif ölkələri təmsil edən yüz nəfərədək dinləyici və müəllim ölkəmizin iqtisadi, coğrafi, mədəni, tarixi, siyasi və təhlükəsizlik mühiti ilə tanış olacaqlar.

Səfər çərçivəsində müxtəlif dövlət qurumları və ali təhsil müəssisələrini ziyarət edəcək qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı, hərbi qüdrəti və qlobal təhlükəsizliyə verdiyi töhfəsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında brifinqlər təqdim ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar