“Rosneft” İranda işləməkdən imtina edir

Rusiyanın “Rosneft” dövlət neft şirkəti İran Milli Neft Şirkəti (NİOC) ilə əməkdaşlıqla bağlı planlarına dəyişiklik edib.

“Report” “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, mənbələrin verdiyi məlumatlara əsasən, tərəflər arasındakı danışıqlar hələ yayda ABŞ tərəfindən İrana qarşı sanksiyalar ehtimalı ilə bağlı dayandırılmışdı. Başqa bir səbəb də “Rosneft”in strateji xəttinə dəyişiklik edərək ölkə daxilində genişlənməyə üstünlük verməsidir.

“”Rosneft”in İran tərəfi qarşısında hər hansı öhdəliyi yoxdur, vəsait qoyulmurdu və odur ki, zərər olmayacaq”, – mənbə bildirib.

“Rosneft” nümayəndəsi isə məsələni şərh etməkdən boyun qaçırıb, İran şirkətindən də münasibət öyrənmək cəhdi baş tutmayıb.

Xatırladaq ki, 2017-ci ilin noyabr ayının əvvəlində NİOC və “Rosneft” arasında İran ərazisində neft və qaz hasilatı ilə bağlı strateji layihələr barədə yol xəritəsi imzalanmışdı. Rusiya şirkətinin rəhbəri İqor Seçin də tərəflərin illik 55 milyon tonadək neft hasilatını ehtiva edən 30 milyard dollar həcmində birgə layihələr həyata keçirə biləcəklərini açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar