Azərbaycan və FAO dörd yeni layihə reallaşdırmağı planlaşdırır

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə dörd yeni layihə reallaşdırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev qoyunçuluğun inkişafı və iri buynuzlu mal-qaranın damazlıq tərkibinin yaxşılaşdırılması üzrə iki layihənin təqdimatına həsr olunmuş seminar zamanı deyib.

O qeyd edib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində FAO ilə uğurla əməkdaşlıq edir:

“Biz FAO ilə bir sıra layihələr həyata keçiririk. Gələcəkdə daha dörd birgə layihə reallaşdırmağı planlaşdırırıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar