Belçikada həmkarlar ittifaqları tərəfindən etiraz aksiyaları və tətillər keçiriləcək

Avropa İttifaqının Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən zirvə görüşünün ikinci günü, yəni sabah həmkarlar ittifaqları tərəfindən etiraz aksiyaları və tətillər keçiriləcək.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, aksiya iştirakçıları minimum əmək haqqının artırılması, təqaüd islahatından imtina olunması, rifahın yaxşılaşdırılması tələblərini irəli sürür.

“Şarl Mişel hökuməti üçün seçim məqamıdır: ya son dörd il apardıqları yarıtmaz siyasəti davam etdirəcək, ya da sosial dönüş yaratmaq fürsətindən yararlanacaq”, - deyə Xristian Həmkarlar Konfederasiyasının sədri Mark Lemans müsahibəsində bildirib.

Həmkarlar ittifaqları işçilərin məvaciblərinin 1,5 faiz artırılmasını vacib hesab edir.

“İqtisadi artım nəticəsində iri müəssisələr böyük mənfəət əldə edib, səhmdarların da dividendləri artıb. Amma işçilər bu artımı hiss etməyib”,- deyə həmkarlar lideri qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar