Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif edib - SİYAHI

Prezident İlham Əliyev Esmiralda Ələkbərovaya “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Ələkbərova Esmiralda Əhəd qızına “Əməkdar həkim” fəxri adı verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Həşimov İsmayıl Teymur oğlu

Demina Tanziliya Zaxarovna

Məmmədov Yaqub Əkbər oğlu

Məmmədov Vahid Şərafəddin oğlu

Əlimzanov Şamil Əhmədcanoviç

İbrahimov İbrahim Eldar oğlu

İşməmmədova Svetlana Bəşirovna.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Nərimanov Elşad Əhməd oğlu

Əliyev Elxan İzzət oğlu

Mircavadov Ağasəlim Seyidəhməd oğlu.

635x100

Şərhlər

S.Ənvərqızı 2018-12-13 16:02:23

Hörmətli cənab Prezident,Sizin rəhbərliyiniz sayəsində ən böyük nemetlərimizdən biri də ölkəmizdə olan sabitlikdir.Ancaq həm xaricdə,həm də təəssüf ki,daxildə ölkəmizi qarışdırmaq istəyən qüvvələr hələ də var.Belə ki,uzun müddətdir ailəm qarşı olan haqsızlıqlarla əlaqədar sizin ünvanınıza saysız-hesabsız müraciətlər edirəm,müraciətlərim araşdırılmadan Rabitə Nazirliyinə göndərilir,göndərilən məktublara nəzarət sistemi olmadığından,şikayətimə əhəmiyyət verilməyir ?Çox acınacaqlı vəziyyətdir?

Son yazılar