Avropa Parlamenti «Şimal axını-2» layihəsinə qarşı - Qətnamə qəbul edildi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Parlamenti (AP) «Şimal axını-2» layihəsinin bağlanması tələbi ilə qətnamə qəbul edib. Bu barədə Avroparlamentin saytında xəbər verilir.

Qətnamənin mətnində deyilir ki, layihə siyasi yönlü və Avropanın təhlükəsizliyi üçün təhlükə mənbəyidir.

Sənəddə həm də Avropanın enerji təminatı baxımından Ukraynanın «açar rolu» qeyd olunur.

Məlum olduğu kimi, «Şimal axını-2» layihəsi ildə ümumi buraxılış qabiliyyəti 55 milyard kubmetr olacaq iki xəttin çəkilməsini nəzərdə tutur. Xətlər Rusiyanın Baltik sərhədlərindən başlayaraq, dənizdən keçməklə, Almaniyaya qədər uzanmalı idi.

Xətərin çəkilməsinə Almaniya, Finlandiya və İsveç artıq icazə vermişdi, Danimarkanın icazəsi gözlənilirdi.

Ukrayna layihənin reallaşdırılmasına qarşı çıxırdı - Avropaya Rusiya qazının nəqlindən əldə olunan gəlirləri itirmək perspektivinə görə. Amerika Birləşmiş Şatatları (ABŞ) isə sıxılmış təbii qaz (STQ) planlarını irəli aparmaq məqsədilə iştirakçı ölkələri layihəni dayadırmağa cağırırdı.

Layihənin siyasi yönlü olduğunu Latviya, Litva və Polşa da bəyan edirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar