Abşeronda neftlə çirklənmiş ərazilərin təmizlənməsinə xarici şirkətlər cəlb edilib
Baxiş sayı:
Dərc olunub:
13/12/2018 - 16:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Abşeron yarımadasında neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi layihəsi çərçivəsində "Amec Foster Wheeler" şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə neftlə və digər maddələrlə çirklənmiş ərazilər haqqında müzakirələr aparılıb.
Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri, İtaliya şirkətinin ətraf mühit üzrə mütəxəssisləri və ETSN-in nümayəndələri iştirak edib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.