«Rusiya ilə dost ola bilərik...» - Nikki Heyli

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli ölkəsinin Rusiya ilə dost ola biləcəyini istisna etmir.

Xanım Heyli bəyan edib ki, ABŞ Rusiya ilə yaxşı münsibətlər qurmağa can atır, ancaq Moskva bunu mümkünsüz edir.

Onun sözlərinə görə, Vaşinqtonun Rusiyaya münasibəti tam olaraq situasiyadan və beynəlxalq problemlərin həllindən asılıdır.

Bu zaman, Heyli Rusiyanı nə dost, nə də düşmən adlandırmayıb və qeyd edib ki, hər gün hər şey dəyişir.

«NBC News» telekanalının efirindən Heylini Rusiyaya müasibətdə ən qatı tənqidi mövqedən çıxış edən daimi nümayəndə adlanırıblar. Buna cavab olaraq, xanım birldirib ki, yalnız ehtiyac olduğu zaman tənqid edir.

Heyli əlavə edib ki, hazırda Vaşinqton «Skripal işi» və Ukraynadakı situasiya ilə bağlı Rusiyanın davanışından olduqca narahatdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar