Azərbaycan və Aİ viza liberallaşdırılması üzrə dialoq istiqamətində addım atıblar

Azərbaycan və Avropa İttifaqı (Aİ) viza liberallaşdırılması üzrə dialoq istiqamətində addım atıblar.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Aİ rəsmisi bildirib ki, viza və readmissiya komitələrinin iki iclası keçirilib:

“Bu iclaslar müntəzəm olaraq ildə bir dəfə keçirilir. Cari ildə iclas sentyabrda baş tutub. Fikrimcə, danışıqlarda irəliləyiş qeydə alınıb və biz viza liberallaşdırılması üzrə dialoq istiqamətində addım atmışıq”.

K.Yankauskas qeyd edib ki, viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə sazişlər tam tətbiq olunmalıdır:

“Bunlar tam tətbiq olunduqdan sonra viza liberallaşdırılması üzrə dialoqa başlamaq olar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar