Rusiyalı nazir rublun məzənnəsini müəyyənləşdirəcək amilləri açıqlayıb

"Rusiyanın mili valyutası - rublun məzənnəsini Rusiya Bankının (Mərkəzi Bank) valyuta alışını bərpa etməsi deyil, gələn ilin əvvəlindən ölkəyə kapital axınının həcmi müəyyən edəcək".

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin 2019-cu ildə rublun məzənnəsinə təsir edəcək amilləri açıqlayarkən deyib.

Onun sözlərinə görə, hazırda rublla bağlı proqnoza yenidən baxmağa ehtiyac yoxdur.

“Proqnoza yenidən gələn ilin aprel ayında baxacağıq”, - deyə M.Oreşkin qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Sberbank”ı rublun məzənnəsi üzrə proqnozunu pisləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar