Gənclər Fondu bir qrup tələbənin təhsil xərclərini qismən maliyyələşdirəcək

Azərbaycan Gənclər Fondu Sosial Müdafiəyə Xüsusi Ehtiyacı olub seçilmiş Ali təhsil müəssisələrində təhsil alan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticəsini elan edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib. Müsabiqədə iştirakla bağlı 2-18 noyabrda sənəd qəbulu həyata keçirilib.

Ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılıb. Müsabiqəyə müraciət etmək istəyən tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub, sayt üzərindən Fonda öz ərizələrini göndəriblər.

Müsabiqəyə ümumilikdə 724 tələbə müraciət edib, onlardan 678 ərizə ilkin texniki ekspertizandan keçib və müraciətlərin nəticəsi olaraq 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilib və Fondun saytındakı siyahıda həmin şəxslərin adları qeyd edilib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar