Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də “Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar