Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib

Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə T.Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

635x100

Şərhlər

semra novruzlu 2018-12-13 18:34:34

Adi cox pis iwlerde hallanan Qarayev ele gurbetde qalacaq

buzlaq 2018-12-13 18:34:34

Görəsən ASEAN-dan o vertalyotu (Qarakənd səması) da gətirəcək, Tamerlan??????????????

Son yazılar