Fələstinin paytaxtı tam mühasirədə! - İsrail ordusu bloklayıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrail hərbçiləri iki İsrail vətəndaşının öldürülməsindən sonra Fələstinin paytaxtı Ramalla şəhərini bloklayıb.

«The Jerusalem Post» nəşrinin xəbərinə görə, sözügedən rayona əlavə qüvvələr yeridilib. İsrail mülafiə ordusunun məlumatına görə, fələstinli avtobus dayanacağında insanlara atəş açıb, nəticədə iki israilli həlak olub və bir neçəsi də yaralanıb. Hazırda hücum çəkənin axtarışı aparılır.

Məlumat üçün bildirək ki, İordan çayının qərb sahilində situasiya dekabrın 9-da gərginləşib. Həmin tarixdə Ofra adlı yəhudi məskənində açılmış atəş nəticəsində bir qrup israilli, o cümlədən, bir hamilə qadın zərər çəkib. Bunun ardınca İsrail hərbçiləri hücumda şübhəli bildikləri 2 fələstinlini güllələyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar