XƏLƏF XƏLƏFOV VƏZİFƏSİNDƏN AZAD OLUNDU! - Daha yüksək vəzifəyə təyin olundu (YENİLƏNDİ)

Bu gün xarici işlər nazirinin müavini vəzifəsindən azad edilən Xələf Xələfova yeni vəzifə verilib.

Belə ki, Xələf Xələfov Nazirlər Kabinet Aparatının rəhbəri vəzifəsinə təyin edilib. Azərbaycanın Baş naziri Novruz Məmmədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Nazirlər Kabinetindən faktı BakuPost-a təsdiqləyiblər.

Qeyd edək ki, bu gün prezidentin imzaladığı sərəncamla X.Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

***

Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

"AzPolitika" xatırladır ki, 59 yaşı Xələfov 1997-ci ildən, yəni 21 ildir ki, xarici işlər nazirinin müavini vəzifəsini tuturdu. Çox böyük ehtimalla, X.Xələfov başqa bir işə keçiriləcək. Yəni onunla bağlı növbəti sərəncamın olacağı ehtimalı yüksəkdir.  

635x100

Şərhlər

xoxan 2018-12-13 20:20:30

xalaf getdi, tör-töküntüleri de getseydiler, lap bele ela olardi!

Максуд 2018-12-13 20:20:30

Не беспоктесь,он ихний кадр,безработы не останется..Халафов- фамилия Вам не знакома?

Dədə Qorqud 2018-12-13 20:20:30

Xələflər gələcək, xələflər gedəcək, amma Azərbaycan diplomatiyasında bərqərar olmuş .... rejim davam edəcək. Xarici xidmət orqanlarında ciddi islahatlar aparılmalıdır, bu orqanlarda hər şey alınır, hər şey satılır, vətənpərvərlik və peşəkarlıqdan əsər-əlamət belə qalmayıb.

Fərid 2018-12-13 20:20:30

Xalafov xin-də vəzifəli adamların uşaqlarına patronajlığı ilə məşhur idi, xarici siyasətdən çox şey anlamazdı, qohumsuz və pulsuz əməkdaşlara qarşı edilən haqsızlıqlara göz yumardı.

Arif Əliyev 2018-12-13 20:20:30

Öz tikdirdiyi torbaya özü düşdü.

Abit 2018-12-13 20:20:30

Nazir müavini aparat rehberi olub

Son yazılar