"Fənərbağça" təcrübəli mütəxəssislə razılaşdı

Filipp Kokunun müqaviləsinə bu gün rəsmən son verən "Fənərbağça" yeni baş məşqçisini də artıq tapıb.

Offsideplus.az xəbər verir ki, "sarı-göylər" Ərsun Yanalla razılığa gəlib.

Tərəflər arasındakı sözləşməyə görə, Yanal maaşının yarısını indidən, yarısını isə komandanın çıxışına görə alacaq. Yəni təcrübəli mütəxəssisin məvacibində dəyişiklik də edilə bilər. Bu gün və ya sabah onun komandanın rəsmən "sükanı arxası"na keçməsi gözlənilir.

Qeyd edək ki, "Fənərbağça" Superliqada 15 turdan sonra 17-ci pillədə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar