Dünyanın ən səxavətli ölkələri - Hesabat

Yardım təkcə pulla olmur. “Gallup” sorğu mərkəzinin 146 ölkədə apardığı araşdırma üzə çıxarıb ki, insanlar bir-birinə yardım əli uzatmağa hazırdırlar. Bu, könüllülük formasında da ola bilər, xeyriyyə yardımı, əcnəbilərə mehribanlıq şəklində də.

2018-ci il Dünyanın Ən Səxavətli Ölkələri Hesabatı 153 min nəfərin rəyi əsasında hazırlanıb, onların başqalarına pul, zaman, yaxud yardımı necə etdiyi öyrənilib.

Ötən il dünyada 1,4 milyard nəfər xeyriyyə qurumlarına pul verib. 1 milyard nəfər vaxtını könüllü işinə sərf edib. 2,2 milyard nəfər isə ehtiyacı olan qəribə kömək edib.

“Gallup” bu üç suala “müsbət cavablar” əsasında hər ölkə üzrə Vətəndaş Fəallığı İndeksini hazırlayıb. İndeksin yüksəkliyi əhalinin fəallığının yuxarı olmasını göstərir. Dünya üzrə mümkün 100 baldan ortalama 30 bal yığılıb.

İndoneziya və Avstraliyanın indeksi 59, Yəməninki isə 15-dir. Azərbaycanın balı 18, Ermənistanın 23, İranın 45, Rusiyanın 25, Gürcüstanın 24-dür.

(azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar