NAXÇIVANIN DYP RƏİSİ İŞDƏN ÇIXARILIB – Sabiq nazirin kadrı idi…

Dərc olunub: 14/12/2018 - 10:05

din2

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev vəzifəsindən azad olunub.

Bu barədə “AzPolitika”ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub.

A.Ağayev Naxçıvan Muxtar Resbublikası daxili işlər naziri Fazil Ələkbərovun əmri ilə vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Nazirin bu əmri gözlənilməz olub. Bir neçə ildir Naxçıvan DYP-sinə rəhbərlik edən Aydın Ağayev həm MR rəhbərliyi yanında, həm də camaat arasında hörməti olan polis məmurlarından idi. Hətta ötən il sabiq DİN naziri Əhməd Əhmədovun vəzifəsindən azad olunmasından sonra Naxçıvanın daxili işlər orqanlarında aparılmış çox ciddi kadr dəyişiklikləri də A.Ağayevdən yan keçmişdi. O, Ə.Əhmədovun komandasına daxil olmuş, lakin yeni nazirin gəlişindən sonra vəzifəsini saxlaya bilmiş azsaylı kadrlardan idi.

A.Ağayevin vəzifəsindən azad olunmasının çox ciddi bir hadisə ilə bağlılığı olduğu bildirilsə də, təfərrüatı öyrənmək mümkün olmayıb.

V.Nəsibov
AzPolitika.info








loading...


Fikrinizi bildirin