Dekabrın ikinci yarısında havanın temperaturu aşağı enəcək, yağıntı olacaq

Dərc olunub: 14/12/2018 - 15:43

3213fc72-8894-4a01-9982-bca2a8b816ac (1)“Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normanın cəmi 33-48 faizini təşkil edib”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ilkin proqnozlara görə ayın ikinci yarısında hava şəraiti əlverişsiz olacaq: “Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq”.

U.Tağıyeva qeyd edib ki, bazar günü göndüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin aşağı enərək dekabrın 17-də 4-6 dərəcə təşkil edəcək: “Üçüncü ongünlüyün bəzi günlərində yağıntıların intensiv olacağı ehtimal olunur.

Bizim regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacaq. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır”.

U.Tağıyeva vurğulayıb ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur aşağı nəcək: “Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır. Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək”.

Direktor xatırladıb ki, qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir: “Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil”.








loading...


Fikrinizi bildirin