GENERALLARIMIZIN SAYI ARTDI – Prezident 2 FHN zabitinə ali rütbə verib

Dərc olunub: 14/12/2018 - 19:11

ilhameliyevserencam1506434061Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Lətif oğlu Fəradova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.










loading...


Fikrinizi bildirin