Tramp Mik Malveynini Ağ Ev Aparatının başçısı təyin edəcək

Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktoru vəzifəsini tutan Mik Malveyni Ağ Ev Aparatının rəhbəri olacaq.

"Report" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu təyinatının anonsu barədə "Twitter"də bildirib.

"Mik Malveyninin ölkəmizə çox gözəl xidmət etmiş general Con Kellinin yerinə Ağ Evin Aparatının rəhbəri əvəzi təyin olunacağını elan etməyə şadam", - deyə Tramp yazıb.

Amerika lideri Kellini vətənpərvər adlandırıb və qeyd edib ki, xidmətə görə ona şəxsən təşəkkür etmək istəyir.

Prezident Mik Malveynini seçməsinə səbəb kimi onun administrasiyada önəmli işini göstərib.

Tramp dekabrın 8-də bildirib ki, Ağ Ev Aparatının hazırkı başçısı Con Kelli ilin sonunadək istefa verəcək.

Ağ Ev Aparatının hazırkı başçısı Con Kellinin yaxın günlərdə istefa verəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar