Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

Avstraliya hökuməti Qərbi Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıyıb.

"Report" SBS telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Skott Morrison bildirib.

Morrison bununla yanaşı qeyd edib ki, Avstraliyanın bu ölkədəki səfirliyi hələlik Tel-Əvivdən köçürülməyəcək. Baş nazir həmçinin vurğulayıb ki, Qərbi Qüdsün İsrailin paytaxtı kimi tanınması Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması imkanı yaradacaq və bu, Avstraliyanın Yaxın Şərq siyasətində sülh müqaviləsi nəticəsində iki dövlətin yaradılması üçün mühüm addım olacaq.

O, Avstraliyanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsindən imtina edilməsini yüksək xərclərlə izah edib. Bu, ilkin hesablamalara görə, təxminən 144 milyon ABŞ dolları təşkil edə bilər.

Qərbi Qüdsdə Avstraliyanın əlavə konsulluğunun, ticarət və müdafiə məsələləri üzrə xüsusi bürosunun açılması nəzərdə tutulur.

Qeyd edək ki, mübahisəli ərazi səbəbindən Fələstin İsraili tanımaqdan imtina edib və onunla təhlükəsizlik sahəsində əldə olunmuş bütün əməkdaşlıqları dayandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar