Cəbhədə vəziyyət gərginləşib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

635x100

Şərhlər

t.ədalət 2018-12-15 09:48:10

erməni xisləti göstərir ki,cəbhə bölgələrində səngərləri DSX-ya etibar etmək olmaz.Buna,göz görə-görə qoyunu qurda tapşırmaq deyərlər.Allah sayıqlığımızı əlimizdən almasın!Biz Rusiyanın mövqeyini bu yaxınlarda rus qadınlarının Leyla xanım Əliyevaya ünvanladıqları məktubda da gördük.Məlum oldu ki,işğal olunmuş ərazilərdə ermənilərlə seyrə çıxan bu qadınlar zəbt edilmiş torpaqlara Azərbaycanla-ermənistan "arasındakı sahə" kimi baxırlar.Rusiya,görünür, özünün məkrli siyasətinə,hətta rus qadınlarını da qatır..

Son yazılar