Parisdə nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib

Fransada "sarı jiletlilər"in etiraz aksiyası davam edir.

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, paytaxt Paris şəhərində müxtəlif nöqtələrdə toplaşan kütlə Yelisey meydanına doğru yürüşə hazırlaşır.

Sen Lasar vağzalı yaxınlığında, Respublika və Opera meydanlarında çoxlu sayda etirazçı toplaşıb. Onlara əngəl yaratmayan polis eyni zamanda gələnlərin çantalarını yoxlayır. Yelisey meydanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ümumilikdə, Parisdəki aksiyada 2000 nəfər iştirak edir. Onlar Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb edirlər.

Bununla belə, Zəfər tağı istiqamətində etirazçıları dağıtmaq məqsədilə polis gözyaşardıcı qazdan istifadə edib.

Son məlumata görə, 46 nəfər saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar