"İraqdan terror təhlükəsi sovuşmayınca əməliyyatlar davam edəcək" - Türkiyə XİN

PKK terror təşkilatı uzun illərdir qonşu İraq ərazisini Türkiyəyə hücumlar həyata keçirmək üçün platsdarm olaraq istifadə edir, nəticədə on minlərlə dinc sakin həlak olub. Bunun da qarşısını almaq zərurəti barədə rəsmi Bağdada dəfələrlə xəbərdarlıq edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun yaydığı bəyanatda qeyd olunub.

Sənəddə bildirilib ki, Türkiyə terrorla mübarizədə üzərinə düşən vəzifələri yerinə yetirərək İraqa da bu məsələdə dəstək verir: "İraq tərəfindən terrorçulara qarşı lazımi qətiyyət göstərilmədiyi hallarda, Türkiyə qonşu ölkə ərazisindən hücumlara qarşı özünü müdafiə etmək üçün müvafiq tədbirlər görür. Dekabrın 13-də İraq ərazisində Sincar və Qaracadağında PKK mövqelərinə qarşı əməliyyatlar zamanı mülki əhalinin qorunması üçün də zəruri tədbirlər görülüb. Terrorçular İraq ərazisində fəaliyyət göstərdiyi və Türkiyəyə təhlükə törətməyə davam etdiyi müddətdə terrorla mübarizə çərçivəsində sərhədkənar əməliyyatlar bundan sonra da davam etdiriləcək".

Xatırladaq ki, ötən gün Türkiyə səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq İraq hava məkanını dəfələrlə pozduqlarına görə etiraz bildirilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar