Ali Məhkəmə bəraət alan ana və oğlu ilə bağlı qərarı elan edib

Dərc olunub: 15/12/2018 - 15:36

trend_ali_mehkeme_mainAli Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, həmin şəxslər Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində mağaza açmaq adı ilə zərərçəkmiş Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinirlər. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən K.Dostumalıyevanın barəsində həbs qətimkan tədbiri seçilsə də, oğlu K.Yusifovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə də bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi apellyasiya protesti və apellyasiya şikayətini təmin etməyib. Daha sonra prokurorluq kassasiya protesti və zərərçəkmiş isə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.










loading...


Fikrinizi bildirin