Prezidentdən qəribə hərəkətlər - VİDEO

"AzPolitika" xarici mətbuata istinadla xəbər verir ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa İttifaqı ölkələrinin liderlərinin qatıldığı sammitdə qəribə hərəkətlərilə yadda qalıb.

Sammitin ikinci günündə ətrafdakıların təəccübünə səbəb olan davranışları ilə daha çox sərxoş kimi görünən Yunker qadınlara "sataşmaqdan" özünü saxlaya bilməyib. Belə ki, prezident ardıcıl olaraq, qarşısına keçən qadınları öpməklə yanaşı, birinin saçlarını dağıdır, digərinin əlini sığallayır və s.

Daha sonra guya üşüdüyünü ifadə edən hərəkətləri ilə diqqət çəkən Yunker sammitin gedişində çıxışa hazırlaşarkən sənədlərin bir hissəsini nümayişkaranə şəkildə yerə atıb.

Avropa Komissiayası prezidentinin bundan öncə də oxşar hərəkətlərə yol verdiyi bildirilir və bu zaman spirtli içkinin təsiri altında olduğu gümün edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar