“Bizi 20 illik durğunluq gözləyir...” - Yavlinskinin proqnozu

"Azpolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, "Yabloko" partiyasının lideri Qriqori Yavlinski ölkəsinin gələcək sosial-iqtisadi durumu ilə bağlı bədbin proqnozla çıxış edib.

Partiya lideri olmaqla yanaşı, görkəmli iqtisadçı kimi də tanınan Q.Yavlinski bildirib ki, bu gedişlə Rusiya iqtisadiyyatını ən azı 20 illik staqnasiya, başqa sözlə desək, durğunluq gözləyir. O deyib ki, bu durğunluq ölkənin rifahına böyük təhlükə törədir: "Bütün peşəkarlar, bütün mütəxəssislər gözəl anlayırlar ki, bizim iqtisadiyyat dərin durğunluq quyusundadır və qarşıda 20 illik durğunluq dövrü var. Son 5 ildə baş verənləri nəzərə alsaq, deyə bilərik ki, qarşıda bizi ən yaxşı halda 20 illik staqnasiya (durğunluq-red.) dövrü gözləyir".

Yavlinski deyib ki, hazırda baş verənlər iqtisadiyyatın mühərrikinin dayanmasının göstəricisidir. Və problemlərin başında əhalinin gəlirlərinin azalması durur: "Mən birinci yerə əhalinin gəlirlərini qoyardım. Əhalinin kreditlə yüklənməsi səviyyəsinin çox yüksək olması, əmanət normalarının rekord səviyyədə enişi, real gəlirlərin isə azalması - bunlar çox böyük həyəcan siqnalıdır və iqtisadiyyatın mühərrikinin dayanması deməkdir".

Xatırladaq ki, son dövrlər Rusiya iqtisadiyyatının neft və qaz başda olmaqla, təbii sərvətlərdən asılılığını azaltmaq mümkün olmayıb. ABŞ-ın hələ o qədər də ciddi omayan sanksiyalarının tətbiqindən sonra isə rus rublunun kursunun qeyri-stabil dinamikası və ümumilikdə ölkə iqtisadiyyatının çətin günlər yaşaması müşahidə olunmaqdadır.

Cəlal

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar