"ZƏNG VURDUM Kİ, İLHAM, 900 MİLYON LAZIMDIR..." - "Qardaşlarım mənə təzyiq edirdi"

Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Minskdə çoxsaylı Rusiya media nümayəndələri ilə görüşüb. Virtualaz.org xəbər verir ki, Lukaşenko görüşdə bir çox detalları, o cümlədən dövlət başçıları ilə söhbətlərinin detallarını açıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş Azərbaycana silah satışına, KTMT-nin baş katibi ilə bağlı qalmaqaldan Rusiya prezidenti Vladimir Putinlə qazın qiymətinə görə girdiyi mübahisəyə qədər bir çox mövzulardan danışıb.

Belarus rəsmi KİV-ləri Lukaşenkonun çıxışının stenoqramını yayır. Onun maraqlı açıqlamalarından biri də Azərbaycanın Belarusa təcili borc verməsi ilə bağlıdır. Bu əhvalat bir neçə il əvvəl olmuşdu və Rusiya Belarusu sıxışdıraraq qaza görə yaranan borcun təcili ödənilməsini tələb edirdi. “Qazprom” xəbərdarlıq edirdi ki, borc ödənilməsə Belarusun qaz təchizatını dayandıracaq. Belə vəziyyətdə Belarus prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə əlaqə saxlayıb və bir neçə həftəliyə iri məbləğdə borc xahiş edib. Azərbaycan prezidenti bu xahişi təmin edib və Belarusa təcili kredit verib. Belarus tərəfi borcu tezliklə ödəyib.

Lukaşenko rusiyalı jurnalistlərlə görüşündə Azərbaycanla münasibətlər barədə danışarkən həmin epizodla bağlı bunları deyib: “Daha bir məqam. O vaxt mənə Rusiyaya təcili 900 milyon dollar qaytarmaq lazım idi. Doğma qardaşlarım mənə təzyiq etməyə başlamışdı. Qazı kəsmişdilər. Mən zəng vurdum: İlham, deyirəm, mənə təcili 900 milyon dollar lazımdır. Mən maliyyə nazirini, hökumət nümayəndə heyətini göndərirəm, onlar müqavilə bağlayacaq. Lakin mənə pul sabaha lazımdır. Mən Putinə 900 milyon dollar verməliyəm. Ona söz verdim ki, uzağı 3 həftəyə, yaxud bir aya qaytaracam. Lakin vaxtından tez qaytardım. Bilirsiniz, bu çox dəyərlidir. Ona görə də mən ona çox yaxın adamım kimi yanaşıram. Və o da mənə o cümlədən”.

635x100

Şərhlər

Abdulqadir 2018-12-15 16:02:29

Rehim bey yaqin axirinci sifirlarla onlarin agizlarini kilidleyibler.

Rəhim Qaziyev 2018-12-15 16:02:29

Maşallah,"comərdliyə"baxın,ay millət,MÜQƏDDƏS ŞƏHİDLƏRİMİZİN QAN PULUNU VERMƏYƏ PUL TAPILMİR,ONLARIN MÖHTƏRƏM,MƏZLUM VALİDEYNLƏRİNİ QAPI-QAPI GƏZDİRİRLƏR.Amma,batkanın bir zənginə 900.000.000 milyon birneçə saata Bakıdan Minskə ildırım sürətilə uçur.Bu faktını oxuyub,görməzdən gələn,aparıcı müxalifət liderləri nə əcəb lal kimi susurlar?!

kərim 2018-12-15 16:02:29

Bu moşeynik də yəqin 900 milyonu atıb. Onsuz da ataatdır. Bizə hamı atır. Özümüzünkülər atır imkan verirlər başqaları da atır. Hələ pay da verirlər,paylayırlar da,bircə özümüzə əlləri gəlmir verməyə

Son yazılar