“Qırmızı jiletlilər” Tunis hökumətinə 22 tələb irəli sürüblər

Tunisdəkı “Qırmızı jiletlilər” hərəkatı da Fransadakı “sarı” həmkarları kimi hökumət qarşısında bir sıra tələblər irəli sürüblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, paytaxt Tunis şəhərində mətbuat konfransı keçirən “qırmızı jiletlilər”in liderləri sosial-iqtisadi məzmunlu 22 tələb irəli sürdüklərini bildiriblər.

“Biz dinc etiraz keçirməyə çağırır, iğtişaş və özbaşınalıqlara qarşıyıq”, - deyən təşkilatçılardan biri Nəcib əd Dzeifi əhalinin rifah halının yaxşılaşdırılması, səhiyyə, təhsil, ictimai nəqliyyat sahələrində islahatlar aparılması, əməkhaqqı və təqaüdlərin minimum məbləğinin artırılması, yol və başqa infrastrukturların təmiri, korrupsiya girdabına batan məmurların cəzalandırılması kimi tələblərinin olduğunu qeyd edib.

Hərəkatın nümayəndələri Fransadakı etirazlardan ilham alaraq həm də qiymətlərin bahalaşması ilə də bağlı hokumət qarşısında məsələ qaldırdıqlarını diqqətə çatdırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar