11 yaşlı Tramp soyadından imtina etmək istəyir

Dərc olunub: 15/12/2018 - 18:21

12ABŞ prezidenti Donald Trampla eyni soyadı daşıyan 11 yaşlı Coşua Tramp öz nəsil adından imtina etmək istəyir. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Meqan Tramp Berto və Bobbi Berto uşaqları Coşua Trampın məktəbdə soyadına görə zorakılığa məruz qaldığını və buna görə psixologiyasının pozulduğunu bildiriblər.

Qeyd olunur ki, Bobbi Berto Coşuanın ögey atasıdır. Anası Meqan isə övladının məktəb yoldaşları tərəfindən hər gün “söyüş yağışı”na tutulduğunu və məsxərəyə qoyulduğunu bildirib.

Bu səbəbdən Coşuanı məktəbə aparan avtobus belə dəyişdirilib. Lakin bu da kömək etməyib. Belə ki, uşaqların adlarını bri-bir yoxlayan avtobus şoferi Coşuanın soyadını çağıranda uşaqlar ona “səfeh”, “axmaq” kimi müraciət etməyə başlayıblar.

Bu səbəbdən Coşua Tramp ögey atasının Berto soyadını götürmək məcburiyyətində qalıb.








loading...


Fikrinizi bildirin