Bakıda qadına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İntiqam İsmayıloğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb."Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, İ.İsmayıloğlu Bakı şəhər sakini Svetlana Əhmədovanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, o, qadına mənzil tikəcəyi vədi verərək onu aldadıb. Lakin sonradan İ.İsmayıloğlu verdiyi vədə əməl etməyib.

S.Əhmədovanın şikayəti əsasında saxlanılan İ.İsmayıloğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmə istintaqı başa çatandan sonra İ.İsmayıloğlu son söz demək üçün iclasa gəlməyib. Məhkəmə onun barəsində axtarış elan edib və o, polis əməkdaşları tərəfindən həbs olunub, Bakı İstintaq Təcridxanasına köçürülüb.

İstintaq dövründə İ.İsmayıloğlu dəymiş zərərdən 20 min manatı geri qaytarıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar