Saakaşvili Sarkozinin Zurabişvilinin inauqurasiyasına gəlməsi haqda

Fransanın eks-prezidenti Nikolya Sarkozinin Salome Zurabişvilinin inauqurasiyasına gəlməsi, Gürcüstanda kimin hökmran olduğunu göstərir.Bunu öz “Feysbuk” səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yazıb.

“Son illər Nikolya Sarkozi ona ödəniş edilən yerlərə gedir. Xüsusilə, ruslar ona öz maraqlarına uyğun tədbirlərə görə ödəniş edirlər. İnauqurasiyada olacaq az sayda qonaq fonunda Sarkozinin ortaya çıxması, Gürcüstanda musiqini kimin sifariş verdiyini və gürcü xalqını kimin havası ilə məcburi oynatmağa çalışdıqlarını göstərir”, – deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar