“Neftçi” Azərbaycan Kubokunda “Sumqayıt”a uduzub

Dərc olunub: 15/12/2018 - 22:48

52cae5af-7c05-4d81-bebd-b994d283c2b4Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib. “Report” xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Bakcell Arena”da “Sumqayıt”ı qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əli Babayev 28-ci dəqiqədə penaltidən fərqlənib. Şəhriyar Əliyev isə 45+4-cü dəqiqədə künc zərbəsindən sonra başla qol vurub.
Maraqlıdır ki, hər iki qolun müəllifi zədələnərək oyunu davam etdirə bilməyib. Matçın ilk hissəsində ayağından zərbə alan Ə.Babayev fasilədən sonra, 55-ci dəqiqədə Cavid Tağıyevlə əvəzlənib. Qarşılaşmanın 62-ci dəqiqəsində zədələnən Şəhriyar Əliyev isə yerini Murad Xaçayevə verib.
Oyunun 88-ci dəqiqəsində “Neftçi”nin heyətində Anton Krivotsyuq simulyasiya etdiyi üçün ikinci dəfə sarı vərəqə alıb və meydandan qovulub.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 19-da “Kapital Bank Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.






loading...


Fikrinizi bildirin