"Biz Türkiyənin birtərəfli hərəkətlərdən çəkinəcəyini gözləyirik" - Aİ

Avropa İttifaqı (Aİ) Türkiyəni Suriyanın şimal-şərqində kürd silahlı dəstələrinə qarşı hərbi əməliyyat aparmamağa çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Federiko Moqerininin yaydığı bəyanatında deyilir.

"Biz Türkiyə tərəfinin koalisiyanın İŞİD-ə qarşı səylərini korlaya və ya Suriyada əlavə qeyri-sabitlik riski yarada biləcək istənilən birtərəfli hərəkətlərdən çəkinəcəyini gözləyirik", - deyə o bildirib.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin yaxın günlərdə Suriyanın şimal-şərqində əməliyyata başlayacağını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar