Qamsaxurdiyanın oğulları aclıq aksiyasına başlayıb - FOTO

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın iki oğlu aclıq aksiyasına başlayıb. Tbilisidə - baş prokurorluğun foyesində aclıq edən Konstantin və Tsotne Qamsaxurdiya atalarının qətli ilə bağlı cinayət işi qaldırılmasını tələb edirlər.

Aksiya, qətlin 25 illiyinə həsr edilib.

Rəsmi məlumata görə Zviad Qamsaxurdiya 1993-cü il dekabrın 30-da, vətəndaş müharibəsinin sonunda özünü öldürüb.

Onun birləşmələri həmin ilin dekabrında, ikinci prezident Eduard Şeverdnadzenin hakimiyyəti dövründə hökumət qüvvələrinə məğlub olub.

Qamsaxurdiya həmin vaxt şəxsi mühavizəsi ilə ölkənin qərbindəki Xibula kəndinə çəkilmişdi.

Bəzi məlumatlara görə, Gürcüstanın xüsusi xidməti kəndi mühasirəyə alanda, o özünə qəst etmək qərarına gəlib.

Amma övladları bu versiyaya inanmır və artıq bir neçə ildir ki, faktla bağlı yeni cinayət işi açılmasını tələb edirlər.

Konstantin və Sotne iddia edirlər ki, Qamsaxurdiyanı ölkənin xüsusi xidməti öldürüb.

Baş prokurorluq hələlik onların aclıq aksiyasına münasibət bildiriməyib.

İstintaq orqanının rəsmisi təkcə onu deyib ki, birinci prezidentin ölümü ilə bağlı istintaq davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar