Bərdədə oğul anasını küçənin ortasında bıçaqlayıb - FOTO

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, yerli sakin Əhmədov Telman Firudin oğlu Qarabağ qəsəbəsindəki küçələrdən birində 1971-ci il təvəllüdlü anası Vəliyeva Aybəniz Telman qızına boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib.

Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar