“Azərbaycan və İranın təhlükəsizlik xidmətləri yaxşı əməkdaşlıq edirlər” - Mahmud Ələvi

Azərbaycanla İranın kəşfiyyat və təhlükəsizlik xidmətləri arasında yaxşı əlaqələr qurulub. Bu barədə İranın informasiya və kəşfiyyat naziri Mahmud Ələvi cümə günü axşam Bakıda prezident İlham Əliyevlə görüşündən sonra deyib.

"Son beş ildə İran və Azərbaycanın təhlükəsizlik xidmətləri konstruktiv münasibətlər qurublar, hər iki ölkənin davamlı təhlükəsizliyini təmin ediblər", - İRNA agentliyi M.Ələvidən sitat gətirib.

"Bu, mənim kəşfiyyat naziri kimi Azərbaycana ikinci səfərimdir. Azərbaycanın Təhlükəsizlik Xidmətinin rəhbərləri də bir neçə dəfə İranda olublar", - M.Ələvi deyib.

Qeyd edək ki, rəsmi Bakı M.Ələvinin səfərini şərh etmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar